Ailə daxili münaqişələr

Ailə daxilində münaqişələr niyə baş verir ?

Unutmaq lazım deyil ki, ailə çox gözəl və məsuliyyətli qurumdur. Ailə qurmaq asandır, amma onu saxlamaq çətindir.

Ailədə baş verən əsas problemlərdən biri ailə quran şəxslərin ailə strukturunu tam anlamamasıdır.

Ailə quracaq şəxslər ilk növbədə öz aralarında qarşılıqlı nə istədiklərini və nə verə biləcəklərini aydınlaşdırmalıdırlar. Ailə daxilində hansı gözəl duyğuları paylaşacaqlarını ortaya çıxarmalıdırlar.

Əgər evlənməmişdən əvvəl bunlar razılaşdırılmayıbsa, hələ də gec deyil. İlk növbədə bunlar müzakirə olunmalı və ortaq məxrəcə gəlinməli.

Belə bir test də edə bilərsiniz. Kağız götürürsünüz və ailənin hər bir üzvü qarşı tərəfdə xoşu gələn beş xüsusiyyəti və eynilə sevmədiyi beş xüsusiyyəti qeyd edir.

Tam səmimi olaraq bunu müzakirə edin və nəyi dəyişdirə biləcəklərinizi düşünün. Əgər bunu münaqişəsiz bacardınızsa yolun böyük bir hissəsini qət etdiniz deməkdir. Əgər alınmırsa mütləq şəkildə bir mütəxəssisə müraciət edin, çünki siz bir-birinizin dəyər sistemlərini tapdalamısınız.

Ailədə dəyər sistemləri çox önəmlidir, çünki hər bir şəxsin öz ailəsindən gələn və özünün görmək istədiyi dəyər sistemləri var. Bu qarşı tərəfdə də belədir, bunlar bir fərdi “MƏN” edir və bu dəyər sistemləri bir araya gəldikdə “BİZ” olmalıdır, sizin ümümi dəyər sitemləriniz olmalıdır, amma ayrı-ayrılıqda siz “MƏN” olaraq qalmalısınız. Bu mənləri qarşı tərəfə təqdim etməyi bacarmalısınız. Əlbəttə ki, qarşı tərəfin də “MƏN”inə, dəyər sistemlərinə hörmət etməyi bacarmalısınız.

Burda əsaq nöqtələrdən biri də “MƏN” və “BİZ” balansını qoruyub saxlamaqdır. Çünki, bəzən tərəflərdən biri öz “MƏN”ini qurban verir ki, burda yaranan qurum “BİZ” olmur, “SƏN” olur. Müəyyən şeyləri güzəştə getmək olar, amma dəyər sistemlərini və “MƏN”inin güzəştə gedilməsi ƏSLA! Çünki bu hərəkət gələcəkdə müəyyən problemlərin yaranmasını qaçınılmaz edir.

Əgər ailədə kimsə “MƏN”i, dəyər sistemləri tapdalanırsa, hörmət olunmursa bu müəyyən duyğular (kin-küdurət və s) doğuracaq və bunlar da öz növbəsində müəyyən qərəzli hərəkətlər yaradacaq. Bütün bunları isə münaqişələrin daha da böyüməsinə xidmət edir.

Unutmayın ki, hər ailənin strukturu və onun içindəki problemlər fərqlidir və belə ümumi yanaşmalar sizə kömək etməyə bilər.

Belə olduqda bizə müraciət edin ki, sizə bu çətinlikləri aşmaqda kömək edək.

+994 55 228 79 91

icon_location.png

Cefer Cabbarlı 44

vefa akber.png

Bakı, Cəfər Cabbarlı 44

Caspian Plaza 1/6

+99455 228 79 91